AZ

"Bavariya"nın yeni baş məşqçisi Zidan olacaq?

"Bavariya"nın yeni baş məşqçisi müəyyənləşmək üzrədir.

Sportinfo.az xəbər verir ki, Münhen təmsilçisini növbəti mövsümdən etibarən Zinədin Zidan çalışdıra bilər.

Bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.

Tərəflərin müqavilə detallarını müzakirə etdiyi bildirilir.

"Bavariya"nı hazırda Tomas Tuxel çalışdırır. Alman məşqçi mövsümün sonunda komandadan ayrılacaq.

Seçilən
137
29
Mənbələr
Şərh ()
Bağla