Fransalı mütəxəssis Zinəddin Zidan Almaniyanın \"Bavariya” klubunun yeni baş məşqçisi ola bilər.
AZXEBER.COM \"Report\"a istinadən xəbər verir ki, \"Real”ın sabiq baş məşqçisi 2024/2025 mövsümündən etibarən yeni komandasına rəhbərlik edəcək.
Müqavilə şərtlərində müəyyən çatışmazlıqlar olduğu üçün rəsmi anlaşma hələ ki, imzalanmayıb.
Qeyd edək ki, \"Bavariya”nın hazırkı çalışdırıcısı Tomas Tuxel mövsümün sonunda klubdan ayrılacaq.