AZ

TFF başqanlığına iki namizəd ortaya çıxdı

Xəbər verdiyimiz kimi, bu yay Türkiyə Futbol Federasiyasında növbədənkənar prezident seçkisi keçiriləcək.

“Football-plus.az” xəbər verir ki, qurumun indiki başqanı Mehmet Büyükekşinin qərarı ilə seçki iyulun 18-nə təyin olunub. Amma Türkiyə klublarının böyük əksəriyyəti hələ də bu tarixə qarşıdı. Onlar seçkinin daha tez – mayın sonlarında və ya iyunun əvvəllərində keçirilməsini istəyir. Büyükekşi bugünlərdə jurnalistlərlə qeyri-rəsmi söhbət əsnasında qeyd etmişdi ki, seçkinin tarixini maksimum 10 gün irəli çəkməyə hazırdı. Klublar isə ona qarşı imza kampaniyasını davam etdirir. Tələb olunan sayda imza toplansa, TFF maksimum 1 ay ərzində seçki keçirməli olacaq. İki ildi bu vəzifəni icra edən Büyüykekşinin özünün yenidən namizədliyini irəli sürüb-sürməyəcəyi hələ də bəlli deyil.

Bu arada dünən birdən-bir iki nəfər TFF prezidentliyinə namizədliyini rəsmən açıqladı. Söhbət Ərdal Alkışla Sərvət Yardımcıdan gedir. İş adamı olan 58 yaşlı Alkış bir çox sahədə çalışıb. O, Ədalət və İnkişaf Partiyasında da işləyərək seçkiylə bağlı əlaqələndirici vəzifəsini icra edib. 2002-ci ildə seçkiylə bağlı “İlk 45 gün” adlı kitab yazıb. 4 dil bilən Alkış əvvəlki dönəmlərdə də bir neçə dəfə TFF prezidentliyinə namizəd olub. Sərvət Yardımcı Türkiyə futbol ictimaiyyətində daha çox tanınır. Əslən Rizədən olan və Londonda təhsil alan 67 yaşlı Yardımcı 40 ildən artıqdı müxtəlif sahələrdə iş adamı kimi fəaliyyət göstərir. Ən əsası o, 2008-dən bu yana müxətlif dönəmlərdə TFF-nin idarə heyətində yer alıb və hətta qısa müddət prezident vəzifəsini də icra edib. Federasiyanın əvvəlki sədri Nihat Özdəmir 2022-nin aprelin 4-də istefa verəndən sonra iyunun 16-na, yəni Büyükekşi seçilənə qədər prezident vəzifəsini məhz Yardımcı icra etmişdi. O, Şenes Erzikdən sonra UEFA-da ən üst səviyyədə çalışan ilk türkiyəli funksionerdi. 7 ildən artıqdı UEFA-nın İcraiyyə Komitəsinin üzvüdü. Bu müddətdə ÇL-in finalının, Avropa superkubokunun, vacib turnirlərin püşkatma mərasimlərinin Türkiyədə keçirilməsində, eləcə də AÇ-2032-yə evsahibliyi etmək hüququnun İtaliya ilə yanaşı, Türkiyəyə verilməsində onun böyük əməyi olub. Yardımcı Anadolu Ajansına açıqlamasında bunları deyib:
“Türkiyə futbolunu bu qeyri-sabit dönəmdən çıxarmaq üçün namizədliyimi irəli sürürəm. Dünyanın ən böyük 20 iqtisadiyyatından birinə malik olan Türkiyənin futbolda layiq olduğu yerlərə heç cür gələ bilməməsi ölkəmizin baxış tərzi ilə üst-üstə düşmür. 40 ildi iş həyatının içindəyəm. Son 20 ildə isə həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə bir sıra önəmli vəzifələri yerinə yetirmiş futbol adamı kimi təcrübəmi, eləcə də əlaqələrimi Türkiyə futbolunun inkişafına sərf etmək qərarına gəlmişəm”.


Bu arada TFF-nin sabiq başqanı Mahmut Özgənərlə bağlı da maraqlı iddia ortaya atılıb. Jurnalist Yağız Sabuncuoğlunun iddiasına görə, Özgənər yalnız yeganə namizəd olacağı və idarə heyətini özü istədiyi kimi quracağı təqdirdə yarışa daxil olacağını bildirib. 60 yaşlı Özgənər daha öncə 2008-11-ci illərdə TFF-nin başqanı olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
10279
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8045
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
3357
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
1689
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1583
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
1579
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1528
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1057
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
743
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
643
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
573
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
533
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
385
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
363
Arda Gülər dayanmır, yenə fərqləndi -
342
Arda dubl etdi - VİDEO
300
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
291
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
253
Gözəlliyi ilə heyran edən bu qız görün hansı məşhurumuzun övladıdır - FOTOLAR
240