AZ

Ukraynaya yardım paketi dəstəklənib...

ABŞ Konqresinin Nümayəndələr Palatası Ukrayna, İsrail və Tayvana yardım paketləri ilə bağlı prosessual səsvermə keçirib.

SİA TASS-a istinadənxəbər verir ki, hər dörd layihə dəstəklənib.

Üç ölkə üçün 95 milyard dolların ayrılması planlaşdırılır. Layihəni palatanın 316 üzvü bəyənib, 94-ü əleyhinə çıxıb, o cümlədən 55 respublikaçı.

Bundan əlavə, palata Rusiya Federasiyasının dondurulmuş aktivlərinin müsadirə edilməsini və Kiyevə kömək üçün istifadəsini nəzərdə tutan milli təhlükəsizlik layihəsinə baxıb. Bu barədə The Hill qeyd edir.

...Media yazır ki, Nümayəndələr Palatası Ukraynaya yardım paketini aprelin 20-də keçə bilər, bundan sonra o, baxılmaq üçün Konqresin Senatına gedəcək.

Orada təsdiq olunarsa, layihə imzalanmaq üçün ABŞ prezidenti Cozef Baydenə göndəriləcək.

Qeyd edək ki, layihə Kiyevə 60 milyard dollardan çox vəsaitin ayrılmasını və uzaq mənzilli ATACMS raketlərinin ötürülməsini nəzərdə tutur.

Sənəd təmənnasız yardımdan kredit sisteminə keçidi də nəzərdə tutur - Kiyev xərclənən vəsaiti qaytarmağa borclu olacaq..?

Nazlı

Seçilən
92
30
Mənbələr
Şərh ()
Bağla