AZ

İran və İsrail Yaxın Şərqdə təhlükəli eskalasiyaya son qoymağa çalışırlar - CNN

İran və İsrail iki ölkə arasında təhlükəli eskalasiyaya son qoymağa çalışır.

Redaktor.az xəbər verir ki, bu barədə CNN bildirib.

Televiziya şirkəti xatırladıb ki, eskalasiya İsrailin Dəməşqdəki İran diplomatik binasına hücumu ilə başlayıb, bundan sonra İran yəhudi dövlətinə cavab zərbəsi endirib. Bir gün əvvəl ABC telekanalı ABŞ-dəki mənbələrə istinadən İsrailin İrana raket hücumu həyata keçirdiyini bildirib, lakin onun miqyası hələ də məlum deyil. İsrail rəsmiləri hələ də hücuma görə məsuliyyəti açıq şəkildə etiraf etməyiblər. Tehran hücumun hava hücumundan müdafiə sistemləri tərəfindən vurulan “kiçik dron”lar vasitəsilə həyata keçirildiyini bildirib.

CNN bildirib ki, İran “məhdud İsrail hücumunu” kiçik hesab edir, lakin aydındır ki, həm İran, həm də İsrail “bölgədə iki ölkə arasında bu günə qədər olan ən təhlükəli eskalasiyaya” son qoymağa çalışırlar.

Bundan əvvəl İran KİV-i aprelin 19-na keçən gecə İsfahan əyaləti səmasında üç pilotsuz təyyarənin vurulduğunu bildirib. Tehranın məlumatına görə, dağıntılar və ya “qəzalar” barədə məlumat verilməyib. İsrail rəsmi olaraq İranın İsrail ərazisinə böyük zərbə endirməsindən 6 gün sonra baş verən basqına görə məsuliyyəti öz üzərinə götürməyib. Eyni zamanda, “The Washington Post” qəzetinə müsahibəsində yəhudi dövlətinin adı açıqlanmayan nümayəndəsi İsrailin İrandakı hədəflərə zərbə endirmək qabiliyyətini göstərmək üçün bu aksiyanı həyata keçirdiyini təsdiqləyib.

Turan İSMAYIL

Seçilən
185
34
Mənbələr
Şərh ()
Bağla