AZ

Samir Abasov: “Söz-söhbətlərə adekvat cavab verdik”

“Azarkeşlərimizi təbrik edirəm. Bu qələbədə onların da payı var”.

İdman.biz xəbər verir ki, bunu “Sumqayıt” baş məşqçisi Samir Abasov deyib.

Azərbaycan Premyer Liqasının XXXI turunda “Turan-Tovuz”a 4:1 hesabı ilə qalib gələn komandanın çalışdırıcısı oyunu şərh edib: “Futbolçularımı təbrik etmək istəyirəm. Matçdan öncə ajiotaj o yerə çatmışdı ki, bu, bizi öz oyunumuzdan çıxara bilərdi. Futbolçular sağ olsunlar. Söz-söhbətlərə adekvat cavab verdik və öz oyunumuzdan dönmədik. Rəqibin oyununu kəsmək və özümüz oynamağa çalışdıq. Bu qalibiyyəti sürücümzə həsr edirəm. Ağır əməliyyat keçirib. Bu da onun üçün sevinc payı olsun”.

“Sumqayıt”ın baş məşqçisi bir qələbənin Avropa kuboklarına vəsiqə qazandırmadığını vurğulayıb: “Bir oyun qələbə qazanmaq nəyisə təmin etmir. Turmir cədvəlində sıxlıqdır. Amma qələbə komandanı ayaqda saxlayır. Bu gün bizi bu yerlərdə görmək çoxları üçün xoş deyil. Başımızı başlara qoşmuşuq, bəzilərinin planlarını alt-üst etmişik. Yalnız bir rəqibə qarşı oynamırıq, bir çox klublara qarşı mübarizə aparırıq. Avrokuboklara vəsiqə qazansaq, məmnun olarıq”.

Samir Abasov oyundan əvvəl mətbuatda “Sumqayıt”a hakimlərin dəstəyi ilə bağlı yazılanlara da cavab verib: “Bu futboldur. Başqa ölkələrdə işləməmişəm, oyundan qabaq baş verən prosesləri bilmirəm. Bu cür hallar baş məşqçlilər arasını vurur, futbolçuları qızışdırır, klubları düşmən edir. Kimlərsə olmayan şeyləri yazır, "Sumqayıt"ı "dartırlar" deyir. Onların düşündüyünün əksinə bu cür hallar bizim xeyrimizədir. Əgər həmişə qələbə qazanacağıqsa, yazsınlar. Onların getdiyi yol deyil. Bu nə yaşayışdır? İnanıram ki, bu söhbətlərə son qoyduq. Futboldan danışmaq istəyirəm”.

Qeyd edək ki, 47 xal toplayan “Sumqayıt” 2-ci pilləyə yüksəlib.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
4
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
10416
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8111
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
3791
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
1754
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1599
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
1597
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1543
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1087
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
762
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
655
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
574
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
539
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
394
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
363
Arda Gülər dayanmır, yenə fərqləndi -
350
Arda dubl etdi - VİDEO
303
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
294
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
257
Gözəlliyi ilə heyran edən bu qız görün hansı məşhurumuzun övladıdır - FOTOLAR
240