AZ

"Doğmalıq hissini itirən narsist insana çevrilirlər" — Ailədaxili cinayətlər niyə artır?

Sumqayıtda 24 yaşlı gənc ata və anasını qətlə yetirməkdə şübhəli bilinir. Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, araşdırmalarla 2000-ci il təvəllüdlü Fikrət Məmmədovun yaşadığı Sumqayıt şəhəri 41-ci məhəllə ünvanında aralarında yaranmış mübahisə zamanı 1962-ci il təvəllüdlü atası Hakim Məmmədov və anası Zərifə Məmmədovaya bıçaqla xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Sosioloq Elçin Bayramlının sözlərinə görə, ailədaxili cinayətlərin sayının artmasına mənəvi-psixoloji böhran və sosial-iqtisadi səbəblər təsir göstərir. O, Demokrat.az-a açıqlamasında deyib ki, müasir dövrün uşaqları tamamilə azad mühitdə nəzarətsiz şəkildə böyüyürlər:

“Uşaqlar internet və televiziya məkanında aqressiv materiallar izləyir, psixoloji cəhətdən bunların təsirinə məruz qalır, hətta radikal qruplara cəlb olunurlar, beyinləri yuyulur. Uşaq yaxşı təhsil ala, asudə vaxtlarını səmərəli keçirə bilmirsə, gələcəyə ümidsizdirsə, psixoloji cəhətdən problemli şəxsə çevrilir. Gənclər getdikcə mənəvi deqradasiyaya məruz qalırlar. Müasirlik adı altında yeni dəyərlər mənimsəyirlər, milli dəyərlərin onlar üçün artıq heç bir mənası qalmır. Doğmalıq hisslərini itirən narsist bir şəxsə çevrilirlər. Hər hansı bir arzusu yerinə yetirilmədikdə və ya hansısa problemlə qarşılaşdıqda aqressiv reaksiya verirlər. Bu da bəzən faciə ilə nəticələnir. Sadalananlardan əlavə GMO və süni kimyəvi qidalar da insan psixologiyasını məhv etmək xüsusiyyətinə malikdir. Bu da ciddi təsir faktorudur”.
Ekspert qeyd edib ki, valideynlər kiçik yaşlardan uşaqlarının tərbiyəsinə ciddi nəzarət etməlidirlər:



“Uşaqları düzgün yönəltmək lazımdır. Sovet dövründə uşaqların asudə vaxtlarını faydalı keçirmələri üçün bir çox imkanlar var idi – idman mərkəzləri, yaradıcılıq mərkəzləri, dərnəklər və s. kimi yerlərdə uşaqlar sağlam mühitdə formalaşırdı. Təəssüf ki, dövrümüzdə əhalinin əksəriyyəti üçün bu imkanlar əlçatmazdır. Birincisi, bu yerlərin sayı azdır, ikincisi isə ödənişləri yüksəkdir.  Belə kurslar ən ucuz 50-100 manatdan başlayır. Ailədə 3 uşaq varsa, valideyn ayda 300 manat ödəyə bilmədiyi üçün uşaq da bu cür imkanlardan faydalana bilmir. Çöldə daha çox vaxt keçirir, kənar təsirlərə düşür”. 

E.Bayramlı təklif edib ki, uşaqların, yeniyetmələrin, gənclərin asudə vaxtlarının düzgün təşkili üçün dövlət tərəfindən proqram yaradılsın: 

“Onları əlavə məşğuliyyətlər üçün mərkəzlərə yönəltmək, fiziki və psixoloji sağlamlıq müayinələrindən keçirmək lazımdır. Gənc yaşlardan başlayaraq insanları psixoloji maneələrdən keçirmək lazımdır. Bu təcrübə dünyanın bir çox ölkəsində var. Belə olduqda şəxsin psixi vəziyyəti nəzarətdə olur və əgər təhlükə varsa, vaxtında qarşısını almaq üçün işlər görülür. 

Yaxşı olar ki, cəmiyyət olaraq biz də üzərimizə düşən vəzifələrin fərqində olaq. Belə olmasa, gənc nəsil artıq qlobal təsirlərə davam gətirə bilməyəcək. Müəyyən yaşa çatmış şəxs artıq işləməlidir, ailə qurmalıdır, özünə ev almalıdır. Bunları edə bilməyəndə daha da həyatdan küsür, sanki ətrafından qisas almaq istəyir. Qəzəb partlayışı yaşayan şəxs artıq bu ana çatanda gözü qarşısındakı doğmasını da görmür və cinayət törədir. Dövlət bu problemlərin həllinə diqqəti artırmalıdır”.

Törə Zeynallı
Demokrat.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
10383
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8095
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
3707
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
1735
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1599
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
1592
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1542
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1081
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
750
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
650
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
574
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
539
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
390
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
363
Arda Gülər dayanmır, yenə fərqləndi -
350
Arda dubl etdi - VİDEO
301
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
294
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
257
Gözəlliyi ilə heyran edən bu qız görün hansı məşhurumuzun övladıdır - FOTOLAR
240