AZ

Avstraliya vətəndaşlarını İsraili tərk etməyə çağırıb

Avstraliya hökuməti terror hücumları təhlükəsini əsas gətirərək, öz vətəndaşlarını imkan daxilində İsraili tərk etməyə çağırıb.

"Unikal" xəbər verir ki, bu barədə Avstraliyanın Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda vurğulanıb.

Qeyd olunub ki, İranın İsrailə pilotsuz uçan aparatlarla, raketlərlə hücumundan və bunun ardınca İsrailin İsfahandakı hərbi bazanı hədəfə götürməsindən sonra mülki insanların həyatına olan təhlükənin səviyyəsi artıb.

“Hərbi hücumlar hava məkanının bağlanmasına, uçuşların ləğv edilməsinə, təxribatlara səbəb ola bilər”, - deyə Avstraliya XİN-in məlumatında qeyd olunub.

Seçilən
19
13
Mənbələr
Şərh ()
Bağla