AZ

Avstraliya vətəndaşlarını İsraili tərk etməyə çağırdı

Avstraliya hökuməti terror hücumları təhlükəsini əsas gətirərək, öz vətəndaşlarını imkan daxilində İsraili tərk etməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Avstraliyanın Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda vurğulanıb.

Bəyanatda bildirilib ki, İranın İsrailə pilotsuz uçan aparatlarla, raketlərlə hücumundan və bunun ardınca İsrailin İsfahandakı hərbi bazanı hədəfə götürməsindən sonra mülki insanların həyatına olan təhlükənin səviyyəsi artıb.

“Hərbi hücumlar hava məkanının bağlanmasına, uçuşların ləğv edilməsinə, təxribatlara səbəb ola bilər”, - Avstraliya XİN-in məlumatında qeyd olunub.


Müəllif: Teleqraf.com

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
13
Mənbələr
Şərh ()
Bağla