AZ

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

Bakı, 19 aprel, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin “DOST EVİ” filialına ilk benefisiarların qəbulu keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Qiymətləndirmə Komissiyası tərəfindən həssas əhali qruplarından olan 50-dən çox vətəndaşın müraciətinə baxılaraq, yaradıcılıq qabiliyyətləri yoxlanılıb.

Komissiyanın rəyinə əsasən 35 nəfər “DOST EVİ” filialına qəbul edilib. Müraciətlər arasında dulusçuluq və bədii oyma istiqamətlərinə maraq daha böyük olub.

Ötən il noyabrın 15-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə İsmayıllıda açılışı olan “DOST EVİ”ndə 10 təlim istiqaməti üzrə 6 emalatxana fəaliyyət göstərir. Dulusçuluq, bədii oyma, misgərlik və zərgərlik, dərzilik və kəlağayı, xalçaçılıq, toxuma və bədii tikmə, un məmulatları emalatxanalarında xalq dekorativ-tətbiqi sənəti və Azərbaycan milli mətbəxinin ənənələri öyrədilir. Filialda təlim almaq üçün İsmayıllı və ətraf rayonlarda yaşayan həssas əhali qruplarına aid əlilliyi olan şəxslər, şəhid ailələrinin üzvləri, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və onların övladları, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum uşaqlar, aztəminatlı ailələrin üzvləri müraciət edə bilərlər.

Seçilən
39
4
Mənbələr
Şərh ()
Bağla