AZ

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb (FOTO)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəkiDOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin “DOST EVİ”filialına ilk benefisiarların qəbulu keçirilib.

Qiymətləndirmə Komissiyası tərəfindən həssas əhali qruplarındanolan 50-dən çox vətəndaşın müraciətinə baxılaraq, yaradıcılıqqabiliyyətləri yoxlanılıb. Komissiyanın rəyinə əsasən, 35 nəfər“DOST EVİ” filialına qəbul edilib. Müraciətlər arasında dulusçuluqvə bədii oyma istiqamətlərinə maraq daha böyük olub.

Ötən il noyabrın 15-də İsmayıllıda açılışı olan “DOST EVİ”ndə 10təlim istiqaməti üzrə 6 emalatxana fəaliyyət göstərir.

Dulusçuluq, bədii oyma, misgərlik və zərgərlik, dərzilik vəkəlağayı, xalçaçılıq, toxuma və bədii tikmə, un məmulatlarıemalatxanalarında xalq dekorativ-tətbiqi sənəti və Azərbaycan millimətbəxinin ənənələri öyrədilir. Filialda təlim almaq üçün İsmayıllıvə ətraf rayonlarda yaşayan həssas əhali qruplarına aid əlilliyiolan şəxslər, şəhid ailələrinin üzvləri, müharibə ilə əlaqədarəlilliyi müəyyən edilmiş şəxslər və onların övladları,valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum uşaqlar,aztəminatlı ailələrin üzvləri müraciət edə bilərlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
4
Mənbələr
Şərh ()
Bağla