AZ

“Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilib - FƏRMAN

Bakı. Trend:

Prezident İlham Əliyev 2010-cu il 15 iyul tarixli 305 nömrəliFərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbulolunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsiqaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərmanimzalayıb.

Trend xəbər verir ki, Fərmanaəsasən, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyultarixli 305 nömrəli Fərmanı (Azərbaycan RespublikasınınQanunvericilik Toplusu, 2010, № 7, maddə 624 (Cild I) ilə təsdiqedilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçünnamizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqındaƏsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1.1. 6-cı hissəyə “şəxslər” sözündən sonra “bu Əsasnamənin 8-cihissəsi nəzərə alınmaqla” sözləri əlavə edilsin;

1.2. aşağıdakı məzmunda 8.4-1-ci bənd əlavə edilsin:

“8.4-1. həkim vəzifəsi üzrə qulluğa qəbul üçün müraciət edənşəxslər (praktik tibb fəaliyyəti ilə məşğul olmaq hüququna və iddiaetdiyi vəzifə üzrə azı 3 (üç) il iş təcrübəsinə malikolduqda);”.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandanirəli gələn məsələləri həll etsin.

Seçilən
82
1
Mənbələr
Şərh ()
Bağla