AZ

“Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edildi

Prezident İlham Əliyev 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Fərmana əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 7, maddə 624 (Cild I) ilə təsdiq edilmiş "Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:

1.1. 6-cı hissəyə "şəxslər" sözündən sonra "bu Əsasnamənin 8-ci hissəsi nəzərə alınmaqla" sözləri əlavə edilsin;

1.2. aşağıdakı məzmunda 8.4-1-ci bənd əlavə edilsin:

"8.4-1. həkim vəzifəsi üzrə qulluğa qəbul üçün müraciət edən şəxslər (praktik tibb fəaliyyəti ilə məşğul olmaq hüququna və iddia etdiyi vəzifə üzrə azı 3 (üç) il iş təcrübəsinə malik olduqda);".

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

Milli.Az 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
22883
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14403
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
13224
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11314
Helikopterin qalıqları tapılıb
8727
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
7915
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
6918
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6646
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5135
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
4522
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4063
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
3764
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3525
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
3431
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2793
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2061
Azərbaycan nefti ucuzlaşdı
1603
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1590
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1346
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
1332