AZ

Azərbaycanda sement istehsalı 26% artıb

2024-cü ilin yanvar-mart aylarında 890,7 ton sement istehsal edilib.

FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bu  2023-cü ilin eyni dövrü ilə  müqayisədə 185,7 ton və ya 26,3% çoxdur.

Ötən ilin 3 ay ərzində 705 ton sement istehsal edilmişdi.

2024-cü ilin 1 aprel tarixinə hazır məhsul ehtiyatı  88 ton təşkil edib.

Bu da əvvəlki illə müqayisədə  1,3 ton və ya 1,3% azalıb.

2023-cü ilin 1 aprel tarixinə hazır məhsul ehtiyatı 89,3 ton təşkil edib.

Seçilən
46
1
Mənbələr
Şərh ()
Bağla