AZ

Azərbaycanda duz istehsalı 13% artıb

2024-cü ilin yanvar-mart aylarında 19 min 342,6 ton duz istehsal edilib.

FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bu  2023-cü ilin eyni dövrü ilə  müqayisədə 2 174,3 ton və ya 12,7% çoxdur.

Ötən ili 3 ay ərzində 17 min 168,3 ton duz istehsal edilmişdi.

2024-cü ilin 1 aprel tarixinə hazır məhsul ehtiyatı  olmayıb.

2023-cü ilin 1 aprel tarixinə hazır məhsul ehtiyatı 4,6 ton təşkil edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
1
Mənbələr
Şərh ()
Bağla