AZ

“Ombudsman haqqında” Konstitusiya Qanununda dəyişiklik edilib - FƏRMAN

Bakı. Trend:

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İnsanhüquqları üzrə müvəkkili (ombudsman) haqqında” AzərbaycanRespublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə”Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQDnömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar bəzi fərmanlardadəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Trend xəbər verir ki, Fərmanaəsasən, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnsanhüquqları üzrə müvəkkili (ombudsman) haqqında” AzərbaycanRespublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə”Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQDnömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar qəraraalıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 apreltarixli 634 nömrəli Fərmanı (Azərbaycan RespublikasınınQanunvericilik Toplusu, 2019, № 4, maddə 634 (Cild I) ilə təsdiqedilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin SosialMüdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiyasistemi haqqında Əsasnamə”nin 2.9-cu bəndinə “Milli Məclisi,”sözlərindən sonra “Azərbaycan Respublikasının İnsan hüquqları üzrəmüvəkkili (ombudsman),” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 6 marttarixli 1294 nömrəli Fərmanı (Azərbaycan RespublikasınınQanunvericilik Toplusu, 2021, № 3, maddə 218 (Cild I) ilə təsdiqedilmiş “Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi vəqiymətləndirilməsi Qaydası”na aşağıdakı məzmunda 4.16-cı bənd əlavəedilsin:

“4.16. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili(ombudsman) insan hüquqları sahəsində dövlət proqramlarının icrasıprosesinin təhlilini apara, rəy və təkliflərini monitorinq vəqiymətləndirmə orqanına (qurumuna) təqdim edə bilər.”.

3. “Dövlət icbari şəxsi sığorta sisteminin təkmilləşdirilməsi vəAzərbaycan Respublikası Prezidentinin “Azərbaycan RespublikasınınƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmişelektron informasiya sistemi haqqında Əsasnamə”nin və “e-sosial”internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə”2019-cu il 15 aprel tarixli 634 nömrəli və “Dövlət icbari şəxsisığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzitədbirlər haqqında” 2021-ci il 18 may tarixli 1340 nömrəlifərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan RespublikasıPrezidentinin 2021-ci il 29 dekabr tarixli 1541 nömrəli Fərmanının(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 12,maddə 1406 (Cild I) 5-ci hissəsinə “Milli Məclisinə,” sözlərindənsonra “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə(ombudsmana),” sözləri əlavə edilsin.

Seçilən
68
5
Mənbələr
Şərh ()
Bağla