AZ

“Ombudsman haqqında” Konstitusiya Qanununda dəyişiklik edilib - FƏRMAN

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar bəzi fərmanlarda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

News24.az AZƏRTAC-a istinadən bildirir ki, Fərmana əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 634 (Cild I) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə"nin 2.9-cu bəndinə "Milli Məclisi," sözlərindən sonra "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman)," sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 6 mart tarixli 1294 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 3, maddə 218 (Cild I) ilə təsdiq edilmiş "Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası"na aşağıdakı məzmunda 4.16-cı bənd əlavə edilsin:

"4.16. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) insan hüquqları sahəsində dövlət proqramlarının icrası prosesinin təhlilini apara, rəy və təkliflərini monitorinq və qiymətləndirmə orqanına (qurumuna) təqdim edə bilər.".

3. "Dövlət icbari şəxsi sığorta sisteminin təkmilləşdirilməsi və Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə"nin və "e-sosial" internet portalı haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" 2019-cu il 15 aprel tarixli 634 nömrəli və "Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" 2021-ci il 18 may tarixli 1340 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 dekabr tarixli 1541 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 12, maddə 1406 (Cild I) 5-ci hissəsinə "Milli Məclisinə," sözlərindən sonra "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana)," sözləri əlavə edilsin.



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
5
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
10283
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8045
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
3368
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
1695
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1583
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
1579
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1528
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1060
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
743
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
643
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
573
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
533
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
385
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
363
Arda Gülər dayanmır, yenə fərqləndi -
342
Arda dubl etdi - VİDEO
300
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
291
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
253
Gözəlliyi ilə heyran edən bu qız görün hansı məşhurumuzun övladıdır - FOTOLAR
240