AZ

Dişlərdə əyrilik problemi və ÇIXIŞ YOLLARI - HƏKİM İZAH ETDİ

“Ortodontiya - əyri dişlərin düzəldilməsi, diş, çənə və üzdəki uyğunsuzluqların aradan qaldırılması ilə məşğul olan bir bölümdür. Ortontik müalicə tək dişlərə deyil həmdə üz quruluşuna təsir edir. Dodaqların önə olması, alt və ya üst çənənin önə olmasından xəbər verir. Və ya əksinə çənə geridə olur bu da üz quruluşuna çox təsir edir. Əlavə diaqnostika üsulları ilə bu problemlərin diş mənşəli və ya sümük skletal mənşəli olduğunu aydınlaşdırırıq. Əgər dişlərlə bağlı olarsa biz breketler və aparatlar vasitəsi ilə müalicə edirik. Amma ciddi sümük anomaliyaları varsa ortoqnatik cərrahiyə vasitəsi ilə çənəni əvvəlcədən planladığımız mm qədərilə önə və geriyə aparırıq". Bu sözləri SİA-ya danışan stomatoloq İdris Rəhimli deyib.

Stomatoloq dişlərdə əyrilik probleminin uşaq yaşlarında yarandığını və müalicəyə həmin vaxtlarda başlamaq lazım olduğunu bildirib: “Uşaq yaşlarından olan pis vərdişlərin yəni, barmaq sorma, uzun müddət əmzikdən istifadə etmə açıq dişlərə gətirib çıxarır. Erkən yaşlarında dişlərin çəkilməsi qonşu yerləşən dişlərin yaxınlaşmasına və hələ tam çıxmamış daimi dişlərlərin çıxmasına maneə yaradır bu da öz növbəsində dişlərin əyri çıxmasına ya da heç çıxa bilməməsinə səbəb olur. Bu nəticəyə gəlmək olar ki, erkən diş çəkimi olmasın deyə süd dişlərini zamanında müalicə etmek lazımdır”.

“Uşaq yaşlarında ortodontik problemler çox olur bu hallarda çıxan ve çıxmayan ortodontik spreylərdən istifadə edirik ki, yetkinlik yaşlarında problemləri daha asan həll etmək olsun.

Orthodontik müalicə hər yaşda etmək mümkündür sadəcə dişlərin və ətraf toxumanın paradontun vəziyyətinə baxmaq lazımdır. Diş əti problemləri və ya yanaşı xəstəliklər əks göstəriş ola bilər",- deyə o əlavə edib.

Ləman Sərraf

Seçilən
28
Mənbələr
Şərh ()
Bağla