AZ

Kamran İmanov beynəlxalq konfransda çıxış etdi

2023-cü il 18-19 aprel tarixlərində Moskva şəhərində Avrasiya Patent Təşkilatı (APT), Rusiyanın Əqi Mülkiyyət üzrə Federal Xidməti (Rospatent), Rusiyanın “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universitetinin “UNESCO-nun müəlliflik hüququ, əlaqəli, mədəni və informasiya hüquqları üzrə kafedrası” Beynəlxalq Elm-Təhsil Mərkəzi və Rusiya Dövlət Əqli Mülkiyyət Akademiyasının birgə təşkilatçılığı ilə “Müəllif/Author - 2024” IV beynəlxalq elmi-praktiki konfransı keçirilib.   Manset.az xəbər verir ki, tədbirin açılışında Rospatentin rəhbəri Yuriy Zubov, UNESCO kafedrasının direktoru professor Mixail Fedotov, APT-nın prezidenti Qriqoriy İvliyev, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Rusiya Federasiyasındakı ofisinin rəhbəri Pavel Spitsin, Rusiya Federasiya Şurasının Elm, təhsil və mədəniyyət komitəsinin sədri Liliya Qumerova, Cənubi Afrika Respublikasının Şirkətlər və Əqli Mülkiyyət üzrə Komissiyasının komissarı Rori Voller və başqaları çıxış ediblər. Sonra M.Fedotovun moderatorluğu ilə konfransın plenar iclası keçirilib. İclasa onlayn rejimdə qoşulan Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri professor Kamran İmanov konfransın təşkilatçılarını və iştirakçılarını salamlayıb, bu mötəbər beynəlxalq tədbirin əhəmiyyətini vurğulayıb və bu cür tədbirlərin əqli mülkiyyət sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsinə töhfə verdiyini bildirib. Sonra K.İmanov “Müəlliflik, müəllifliyi qoruma hüququ və müəllif hüquqları” mövzusunda geniş məruzə ilə çıxış edib. Məruzədə müəllifliyin fərdi töhfənin sosial-mədəni tanınması institutu olması, müəlliflik fenomeninin sosial-mədəni, yoxsa müəlliflik hüquq təsviri modelinin çərçivəsində təmsil etməyin daha səmərəliliyip, müəllifliyi qoruma hüquqlarının mahiyyəti, sənaye mülkiyyəti obyektlərinə münasibətdə müəllifin hüquqlarının qorunması, o cümlədən əqli mülkiyyət sahəsində regional inteqrasiya məsələlərinə toxunulub.

K.İmanovun məruzəsi konfrans iştirakçıları tərəfindən maraqla dinlənilib və alqışlanıb. Tədbirin moderatoru k,imanovu həmişə olduğu kimi maraqlı və aktual mövzuya toxunduğuna görə təşəkkür edib, məruzənin Rusiyanın “Ali İqtisadiyyat Məktəbi”nin elmi jurnalında şap olunmasını tövsiyə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
22905
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14411
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
13680
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11334
Helikopterin qalıqları tapılıb
8819
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
7944
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
6954
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6662
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5159
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
4677
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4080
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
3819
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
3789
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3533
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2798
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2068
Azərbaycan nefti ucuzlaşdı
1611
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1602
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
1387
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1351