AZ

“Qriboyedovlar olmadı ki, Qarabağda...” – Zatulin sayıqladı

Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması Dövlət Dumasının ermənipərəst deputatı Konstantin Zatulini məyus edib.

Teleqraf.com xəbər verir ki, o, separatçı məyusluğunu Ermənistanın keçmiş baş naziri Vazgen Manukyana göndərdiyi cavab məktubunda bildirib.

Sülhməramlıların Qarabağdan çıxarılmasına görə Rusiyanı qınayan Manukyana cavab verən Zatulin “ermənilər və rusların Məsih əzabları”na diqqət çəkib.

Hər fürsətdə ölkəmizə qarşı kin püskürən, ermənidən çox erməni olduğunu sübut etməyə çalışan Zatulin yenə də fərqli fikirdə deyil, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi və ya Qarabağı işğaldan azad etməsini “acı həqiqət” adlandırıb.

“Rusiyanı qınayırsınız ki, onun 2020-ci ildən başlayaraq davranışı “müttəfiqlik anlayışı”na uyğun gəlmir, hesab edirsiniz ki, silahlı qüvvələrimizin Qarabağdan çıxarılması son nöqtəni qoyur. Bu, bizim əlifbamızda yoxdur. Əlbəttə, bilirsiniz ki, mən və Rusiyadakı həmkarlarım ən azı Qarabağdakı sülhməramlı əməliyyatımızın belə sonlanmasını istəməzdik. Amma 2020-ci ildən, xüsusən də 2022-2023-cü illərdə baş verənlərdən sonra əvvəlcə ermənilər, sonra isə rusların Qarabağı tərk etməsi əvvəlcədən müəyyən edilmişdi. Bu acı həqiqətdir”, - ermənipərəst deputat bildirib.

Zatulin separatçı məktubunda XIX əsrin əvvəllərində ermənilərin Azərbaycan ərazisinə - Qarabağa köçürülməsində müstəsna rol oynamış Aleksandr Qriboyedovu da xatırladıb. Bu gün “belələrinin” olmamasından təəssüfünü ifadə edib.

“Səbəbləri və halları qısa bir məktubda sadalamaq, sizi təkrarlamaq və mənimkini əlavə etmək istəmirəm. Qriboyedovlar və baqramyanlar lazımi anda lazımi yerdə görünmədilər. Sizin bugünkü Rusiyanı qınamağınıza mən də bugünkü Ermənistanı danlamaqla qarşılıq verə bilərdim, amma istəmirəm”, - siyasətçi qeyd edib.

Konstantin Zatulin həmişə anti-Azərbaycan mövqeyi ilə seçilib, işğal dövründə separatçılara verdiyi dəstək də məlumdur. Elə buna görə ölkəmizdə “arzuolunmaz şəxs” elan edilib. Yəni bu adamın niyə ərazilərimizin azad etməsindən təəssüfləndiyi təəccüblü deyil. Ən azı bu mövzu onun üçün “çörək ağacı” idi, indi əlindən alınıb, “ermənilər üçün çəkdiyi Məsih əzabı” bundandır.


Müəllif: Mənsur Rəğbətoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
22887
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14403
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
13332
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11322
Helikopterin qalıqları tapılıb
8759
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
7919
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
6929
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6648
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5135
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
4546
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4067
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
3772
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3525
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
3473
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2793
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2062
Azərbaycan nefti ucuzlaşdı
1607
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1590
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1347
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
1337