AZ

“İranın nüvə silahının olmadığı təsdiqlənib” - Lavrov Tehranı müdafiə etdi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov İsral və İran arasında artan gərginliklə bağlı mühüm açıqlamalar verib.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, Lavrov İranın gərginliyi artırmaq istəməməsi ilə bağlı diplomatik kanallar vasitəsilə İsrailə mesaj verdiyini deyib.
İsrailin İrana qarşı əks-hücumuna toxunan Lavrov bildirib ki, Rusiya İsrailin gərginliyi artırmaq istəmədiyinə ümid edir.

“Beynəlxalq Atom Enerjisi Agentliyi İranın nüvə silahına malik olmadığını təsdiqləyib”, - deyən Lavrov İranın nüvə doktrinasını dəyişdirməsi ilə bağlı müzakirələri İsrailin Qəzza əməliyyatını Tehrana qarşı yönəltmək cəhdi kimi qiymətləndirib.

Vasif
BakuPost

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
50
Mənbələr
Şərh ()
Bağla