- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
“Konstitusiyaya görə, növbədənkənar seçilmiş parlamentin səlahiyyətinin 5-ci ilində yeni seçkilər keçirilməlidir. Bu ilin fevralında 2020-ci ildə keçirilən növbədənkənar seçkilərlə formalaşan parlamentin səlahiyyətinin 4-cü ili başa çatıb, indi 5-ci ilidir. Ona görə də noyabrda Konstitusiyanın tələbinə görə mütləq şəkildə parlament seçkiləri keçirilməlidir. Lakin noyabrda Azərbaycanda digər mühüm tədbir də olacaq. Bu, iqlim dəyişikliyilə bağlı Bakıda keçiriləcək beynəlxalq konfransdır. Belə olan halda, parlament seçkilərinin təxirə salınması yox, qabağa çəkilməsi daha düzgün olardı”.
“Müharibə şəraiti olsaydı, seçkiləri geri çəkmək olardı. Amma indi müharibə şəraitində deyilik. Ona görə də parlament seçkilərinin yayda, yaxud da payızın ilk aylarında keçiriləcəyi ehtimalı daha böyükdür. Seçki mühüm dövlət xarakterli tədbirdir. Bu kimi tədbirlərin keçirilməsinə də kifayət qədər vaxt lazımdır. Bu səbəbdən güman edirəm ki, sentyabr ayı seçkilərin keçirilməsi üçün normal zamandır”.
“Bir neçə aydan sonra parlament seçkiləri olmalıdır. Amma yeni formalaşacaq parlamentin də 5 il fəaliyyət göstərəcəyini düşünmürəm. Çünki ölkədə köklü Konstitusiya islahatları aparılmalıdır. Biz çatdıra bilmədik, amma referendum keçirilməlidir”.
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.