AZ

“İranın dəstək verdiyi hərbi qüvvələrin hərəkətlərindən hər zaman ziyan çəkən müsəlman ölkələr olub” - Hərbi ekspert

Aprelin 16-da İranın Ermənistandakı səfiri Mehdi Subhani keçirdiyi mətbuat konfransında İsraillə aralarında olan gərgin vəziyyətlə bağlı bəzi fikirlər söyləyib. Sonra Sübhani digər fikirlər səsləndirərək bildirib ki, “Onlar (ermənilər) bilirlər ki, sionist rejimi Cənubi Qafqazda qeyri-sabitliyin əsas faktorlarından biridir və Qarabağ müharibəsində erməni əsgərləri İsrail silahları ilə öldürülüb”.

Ehtiyatda olan zabit, hərbi ekspert Abuzər Əbilov Herbiand.az-a bildirib ki, İranın müsəlman dünyasına qarşı olan siyasəti artıq göz qabağındadır:

“Çünki fakt bundadır ki, İranın əli olan hər bölgədə onun üzdə sionist, ABŞ yaxud Avropa deməsinə baxmayaraq keçirtdiyi əməliyyatlardan, yaxud dəstək verdiyi hərbi qüvvələrin hərəkətlərindən hər zaman ziyan çəkən müsəlman ölkələr olub. Yaxın günlərdə İranın İsrailə raket və dronlardan istifadə etməklə zərbə endirdiyini gördük. Bu hadisə adi insanlarda hardasa İranın güc göstərməsi kimi görünə bilər. Bu, hətta daxili auditoriyaya və İranyönümlü dövlətlərə hesablanmış insident idi. Əsasında İran özü də çox gözəl bilirdi ki, İsrailin nə hərbi infrastrukturuna, nə iqtisadiyyatına, nə də əhalisinə heç bir ziyan verməyəcək. İranın özünün belə istəyi də yox idi. Sadəcə bu, güc göstərmək üçün bir şou idi. Şou bizim gözlədiyimiz kimi oldu. Demək olar ki, 99,2 faiz sursatlar İsrailə çatmadı, qonşu ölkələrin ərazisində düşdü. İsrailə çatan sursatların heç biri hərbi infrastruktura və təsərrüfata zərər vermədi. Bu şounun təməl nöqtəsi də bu idi ki, İran deməyinə baxmayaraq İsraildən həddindən artıq ehtiyatla davranır, müasir silah və texnologiyasından, əsgəri qüvvəsindən çəkinir. Çünki çox gözəl bilirdi ki, şou yox həqiqi hücum təşkil etsəydi İsrail onun çox geridə qalmış HHM vasitələrini keçərək müxtəlif təyinatlı infrastrukturuna ağır zərbələr endirəcəkdi”.

Ehtiyatda olan zabit qeyd edib ki, İran adekvat ölkə olmadığına görə siyasətçiləri də adekvat deyil:

“Xülyapərəst və bir növ siyasətdən xəbərsiz olan insanlardır. Hansı ki, dövlətin siyasətini apamağa çalışırlar, amma bacarmırlar. İran çox gözəl başa düşməlidir ki, Azərbaycan suveren dövlətdir. Onun hərbi-siyasi və iqtisadi xətti özünün istədiyi kimi təşkil olunur. Azərbaycanın dövlət başçısı, Ali Baş Komandanı var və Qafqaz dövlətlərinə çox gözəl məlumdur ki, həddindən artıq manevrli və düşünülən siyasət aparan siyasətçidir. Ölkə başçısı hansı dövlətlərdən nələr almaq lazım olduğunu özü təyin edir. Müasir hərb texnologiyasına baxanda İsraildən alınan silah-sursatlar, hərbi və mülki texnologiyalar müasir, innovativ və dəqiqdir. Biz buna biganə qala bilməzdik. Qarşımıza qoyduğumuz birinci məqsəd silahlarımızın müasir və dəqiq olmasıdır ki, insan itkiləri həddindən artıq az olsun. Buna görə Azərbaycan nəinki İsrail, digər ölkələrə də silah alışı üçün müraciət edib və ordusunu müasirləşdirir. Gəlin başqa tərəfə baxaq. Hər zaman Azərbaycanla dini qardaşlıq meyarını ortaya qoyan dövlət öz dini qardaşının düşmənini silahlandırdı, maddi cəhətdən hər cür köməklər etdi. İranın bizim nədən və necə istifadə etməyimiz, hansı silahları almağımız, düşmənlə hansı dildə danışmağımız onun işi deyil”.

Abuzər Əbilovun sözlərinə görə, İran güclü Azərbaycan və qüdrətli Azərbaycan ordusu görmək istəmir:

“Ona görə Qafqazda dominantlıq istəyini ortaya qoyur. Sülhün bərqərar olmaması üçün İran tərəfdən hər zaman təxribatlar gözlənilməlidir. Çünki İran hazırki dönəmdə də Azərbaycanın əzəli torpaqları olan Zəngəzur mahalını tanımaq istəmir. Azərbaycanın bu mahalın ərazisindən Naxçıvana yol açılmasının əleyhinədir. Onların siyasətçilərinin dediyinə görə İran sərhədlərdəki dəyişikliyə biganə qalmayacaq. İranın Azərbaycanla uzun məsafəli sərhəd xətti var. Bu sərhəd xəttinin Azərbaycan tərəfindən olan hissəsində İrana hansısa bir təhlükə olmayıb. Lakin burada məkrli siyasət və istək var. Hazırki dönəmdə heç kim təminat verə bilməz ki, İran Ermənistana Rusiyaya verdiyi texnologiyalardan, silahlardan verməyib və ya verməyəcək. Fakt bundadır ki, artıq Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması prosesi gedir. Lakin bizim gördüyümüz kimi hələ də İran bunu əleyhinədir və iki ölkə arasında uzun müddətli münaqişə olmasının tərəfdarıdır”.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
141
50
Mənbələr
Şərh ()
Bağla