AZ

Amerikalı oğlanın tapdığı “daş parçası” 70 il əvvəl ölən əsgərin çənə sümüyü çıxdı

ABŞ-da 20 il əvvəl Arizona ştatından olan bir uşağın kolleksiyası üçün tapdığı "daş"ın təxminən 70 il əvvəl təlim məşqi zamanı ölən ABŞ Hərbi Dəniz Qüvvələrinin kapitanı Everett Leland Yagerə məxsus çənə sümüyü olduğu açıqlanıb.   Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 2002-ci ildə adı açıqlanmayan kolleksiyaçı uşağın valideynləri tərəfindən polisə təhvil verilən “qaya parçası” olduğu düşünülən daş 2023-cü ildə Ramapo Kolleci Araşdırma Genetik Genealogiya Mərkəzində araşdırılıb. Kollecdən verilən açıqlamada, “ABŞ Hərbi Dəniz Qüvvələrinin kapitanı Everett Leland Yager 1951-ci ilin iyulunda hərbi təlim zamanı ölüb. Əsgərin cəsədi Kaliforniyada tapılıb və Missuridə dəfn edilib və ya heç olmasa belə olduğu düşünülür. İllər sonra, daş kolleksiyası yığmaq istəyən bir uşaq Arizonada tapdığı daşı kolleksiyasına əlavə edib. Amma bu qaya parçası deyil, insan çənə sümüyü idi” deyilir. 2023-cü ilin iyul ayında başlanılan araşdırma zamanı kapitan Yagerin qızından çənə sümüyü profili ilə birbaşa müqayisə üçün DNT nümunəsi götürülüb. 2024-cü ilin martda DNT nümunəsi valideyn/uşaq əlaqəsini təsdiqləyib. Çənə sümüyü tapılan naməlum şəxsin həqiqətən də Kapitan Everett Leland Yager olduğu təsdiqlənib. Qəza Kaliforniya üzərində havada baş verdiyi üçün heç kim çənə sümüyünün Arizonaya necə gəldiyindən əmin deyil. Güman edilir ki, quş tərəfindən götürülən sümük Arizonaya gətirilmiş ola bilər. Əfsanə Rəcəb

Manşet.az

Seçilən
25
Mənbələr
Şərh ()
Bağla