AZ

“Dinin dedikləri qətiyyən qəliz, sərt, radikal deyil” - DİN XADİMİ DANIŞDI

“Hər hansı dini mövzunu süni şəkildə şişirtmək doğru deyil. Hətta dini təlimatlarda deyilir ki, din insanlara mümkün qədər adan şəkildə aşılanmalıdır. Yəni, insanlara din elə təqdim olunmalıdır ki, dinin asan həyat tərzi olduğunu anlasınlar”. Bu sözləri SİA-ya açıqlamasında din xadimi Mircəfər Əyyubov deyib.

O bildirib ki, dinin təbliğində asanlıq ən önəmli şərtdir: “Amma bu səhlənkarlıq demək deyil. Yəni, xoşladığımız hər hansı dini ehkamı qəliz kimi qələmə vermək, dinin fundamental əsaslarına riayət etməyi radikalizm kimi təqdim etmək doğru deyil.

Din nə deyirsə odur və dinin dedikləri qətiyyən qəliz, sərt, radikal deyil.

İnanclı insanlar dini mənimsəmək üçün Qurani-Kərimin kəlamlarına baxmalıdırlar. İnsanlar yaxşı ola bilərlər. Amma bizə örnək Quran və əhli-beyti olmalıdır”.

Müəllif: Səbinə Hüseynli
Seçilən
39
Mənbələr
Şərh ()
Bağla