AZ

“Əli Kərimlinin siyasi bioqrafiyasına baxsaq, yanıldığını çətin etiraf etsin” - MÜNASİBƏT BİLDİRİLDİ

“Nəinki Əli Kərimli, ümumiyyətlə bu qəbildən olan bir sıra şəxslər var ki, Azərbaycan hakimiyyətini xüsusilə də Müzəffər Ali Baş Komandan İlham Əliyevi hər cür məsələdə ittiham edirdilər. Azərbaycan Prezidenti də deyirdi ki, "Nəyi, nə vaxt və necə edəcəyimi mən bilirəm". Mən də daxil olmaqla bizim kimi insanlar dövlət başçısının bu sözlərinə həmişə güvənmişik, gələcəkdə də güvənəcəyik. Çünki cənab İlham Əliyevin ağzından söz çıxdısa, demək ki əməl edəcək. Bu baxımdan həmin adamların boş iddialarını anlamaq çətindir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Onun sözlərinə görə, vaxtilə onlar Prezident İlham Əliyevin Qarabağı ermənilərə satdığını və heç vaxt Azərbaycana qayıtmayacağını deyirdilər: “Amma Prezident İlham Əliyevin hakimiyyəti Qarabağ və Şərqi Zəngəzuru işğaldan azad etdi. İndi bu adamlar utanıb yerə girmək əvəzinə, yeni-yeni iddialar irəli sürürlər. Bir iddia da o idi ki, rus əsgərləri bölgəyə gəlibsə, onlar bir daha bu ərazidən çıxmayacaq. Bəllidir ki, rus sülhməramlıları artıq ölkəni tərk edirlər. Özünə hörmət edən siyasətçi çıxıb xalqın qarşısında yanıldığını deməliydi. Yəni, Əli Kərimlidə o cəsarət, o güc, o mənlik varsa, yanıldığını etiraf etməlidir. Deyirdi ki, İlham Əliyev Qarabağı azad etməyəcək etdi. Deyirdi ki, Xankəndi, Xocalı geri gəlməz gəldi. Deyirdi ki, rus əsgərləri Azərbaycandan çıxmaz, onlar da çıxır. Əli Kərimlinin siyasi bioqrafiyasına baxsaq, çətin bunları etiraf etsin”.

Azər Həsrət bildirib ki, bu adamlar elə bir kişiliyə, cəsarətə və şəxsiyyətə sahib deyillər: “Ona görə də millət olaraq cənab İlham Əliyevə güvənmək bizim tək seçimimizdir. Fikrimcə, bundan sonra Azərbaycanda siyasi lider arayışlarına son vermək lazımdır”.

Ləman Sərraf

Seçilən
45
Mənbələr
Şərh ()
Bağla