AZ

SOS: İqlim böhranı cibimizdə də təsir edəcək

İqlim böhranının yaratdığı ekoloji fəlakətlər 26 il ərzində qlobal gəlirin 19 faiz azalmasına səbəb olacaq. Bunlara rekord qıran istilik dalğaları, daşqınlar və meşə yanğınları kimi fəlakətlər daxildir.

Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, mövcud iqlim siyasətinə və hədəflərinə baxmayaraq dünya növbəti əsrdə təxminən 3 dərəcəlik qlobal istiləşməyə doğru gedir. Hökumətlər iqlim böhranı ilə mübarizə səylərini artırsalar da, qısa müddətdə maliyyə çətinliklərinin qaçılmaz olduğu müəyyən edilib. "Nature" elmi jurnalında dərc olunan yeni araşdırmada iqlim böhranının adi vətəndaşlar üçün ciddi iqtisadi çətinlik yaradacağını üzə çıxarılıb. Bu maliyyə xərclərindən həm hökumətlər, həm şirkətlər, həm də vətəndaşlar əziyyət çəkəcəklər.

 

Tədqiqatçılar iqlim dəyişikliyinin vurduğu 38 trilyon dollar iqtisadi zərərə baxmayaraq iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün təxminən 200 ölkə arasında imzalanmış Paris İqlim Sazişinə riayət edilməsinin 2050-ci ilə qədər qlobal iqtisadiyyata 6 trilyon dollara başa gələcəyini hesab edirlər. Çünki ekstremal hava hadisələri təkcə ziyan dəymiş əmlakların təmir xərclərinə səbəb olmur. Eyni zamanda, yüksək temperatur kənd təsərrüfatına, əmək məhsuldarlığına və bəzi hallarda hətta idrak qabiliyyətlərinə də təsir göstərə bilər.

Stenford Universitetinin professoru və ətraf mühit üzrə tədqiqatçı Noah Diffenbaugh bu halda yoxsulların daha çox əziyyət çəkdiyinə dair açıq sübutların olduğunu deyib. "Nature" elmi jurnalı da bu proqnozu dəstəkləyib.

Məlumat üçün bildirək ki, Şimali Amerika və Avropanın 26 il ərzində gəlirlərinin 11 faiz azalması gözlənildiyi halda, Cənubi Asiya və Afrikada bu rəqəm  22-dir.

Vüsal Cahanov, “İki sahil”

Seçilən
58
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Bakıda hoteldə yanğın başlayıb
853
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
576
Bu yol qovşağında təmir işləri aparılacaq
377
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
366
Sabah 5 kəndin qazı kəsiləcək
284
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
221
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
217
"Qarabağ"ın Norveçdəki oyundan əvvəl son məşqi Bakıda olacaq
207
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
204
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
154
Çingiz Mustafayevin toyudur - FOTOLAR
143
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
131
Bakıda 9 otaqlı evdə yanğın baş verib
121
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
119
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
90
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
87
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
71
32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO
65
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
53
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
42