“Barselona”nın direktorlar şurası komandanın ötən ilin yayından yenidən qurulan “Kamp Nou” stadionuna qayıtmasının dəqiq tarixini müəyyənləşdirib.
Publika.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, qayıdış bu il dekabrın 15-nə planlaşdırılıb.
Əvvəlcə kataloniyalıların idarə heyəti təmir edilmiş arenada ilk oyunun tarixinin klubun 125 illik yubileyinə – 29 noyabra təsadüf etməsini istəyib. Amma sonda tələsməməyə qərar verilib.