AZ

“Barselona”nın “Kamp Nou”ya qayıdacağı tarix AÇIQLANDI

"Barselona"nın direktorlar şurası komandanın "Kamp Nou" stadionuna qayıtmasının dəqiq tarixini açıqlayıb.

Lent.az bildirir ki, bu barədə “Mundo Deportivo” xəbər verir. 

Mənbənin sözlərinə görə, stadion dekabrın 15-də istifadəyə veriləcək. Əvvəlcə direktorlar şurası "Kamp Nou"ya dönüşü klubun 125 illik yubileyinə, yəni noyabrın 29-na təsadüf etmək istəyirdi. Ancaq sonda tələsməmək və La Liqadan ilk oyunu dekabrın 15-də stadionda keçirməyi xahiş etmək qərara alınıb. Qeyd olunur ki, arenanın doluluğu ümumi tutumun 60 faizini, yəni təqribən 53 min yerlik olacaq.

Barselonadakı “Kamp Nou” 2023-cü ilin iyununda təmirə bağlanıb.

Yenilənmiş stadion 105 min tamaşaçı tutumuna malik olacaq ki, bu da onu Avropada 100 mindən çox tamaşaçı tutumuna malik yeganə stadiona çevirəcək.

Yanvar ayında “Barselona”nın yenidənqurmaya pul toplamaq üçün stadiondan ot örtüyünü satdığı bildirilib. Bunun üçün Kataloniya klubuna təxminən 1,45 milyard avro lazımdır.

Bu mövsüm "Barselona" İspaniya çempionatının turnir cədvəlində 70 xalla ikincidir.

Aprelin 16-da kataloniyalılar PSJ-yə böyük hesabla uduzublar (1:4) və Çempionlar Liqasının 1/4 finalında iki görüşdən sonra (4:6) turniri tərk ediblər. Bu, klub tarixində ilk dəfədir ki, “Barselona” ilk səfər oyununda qalib gələrək növbəti mərhələyə yüksələ bilməyib.


 

Seçilən
123
14
Mənbələr
Şərh ()
Bağla