AZ

Hərəsi bir ansambl düzəldib uşaqları imtahan edir - Parlamentdə etiraz

I sinfə qəbul zamanı uşaqların müsahibə olunaraq məktəbə qəbulu arzuolunmazdır.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.

O qeyd edib ki, ölkədə 9 illik təhsil icbaridir: "Şagird məktəbə dərs öyrənmək üçün gəlir. Amma orada bir ansambl düzədib uşağı imtahan edirlər. Məqsəd uşağı məktəbdən uzaqlaşdırmaqdır. Həmin uşaq evdə oxuyacaqdısa, niyə məktəbə gəlir?! Vaxtilə Rusiya çarı Aleksandr manifest qəbul etdi və insanları evindən dartıb məktəbə gətirdi. İndi isə insanların məktəbə gəlməyib evdə oturmasını istəyirlər".


Müəllif: Tapdıq Qurbanlı
Seçilən
42
2
Mənbələr
Şərh ()
Bağla