AZ

Deputat etiraz etdi: Ansambl düzəldib uşaqları imtahan edirlər

Birinci sinfə qəbul zamanı uşaqların müsahibə olunaraq məktəbə qəbulu arzuolunmazdır.

Axar.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.

“Ölkədə 9 illik təhsil icbaridir. Şagird məktəbə dərs öyrənmək üçün gəlir: Amma orada bir ansambl düzədib uşağı imtahan edirlər. Məqsəd də uşağı məktəbdən uzaqlaşdırmaqdır. Həmin uşaq evdə oxuyacaqdısa, niyə məktəbə gəlir?! Vaxtilə Rusiya çarı Aleksandr manifest qəbul etdi və insanları evlərindən dartıb məktəbə gətirdi. İndi isə insanların məktəbə gəlməyib evdə oturmasını istəyirlər", - deputat bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
2
Mənbələr
Şərh ()
Bağla