Xəbər verdiyimiz kimi, İsrail İranın bir çox nüvə obyektlərinin yerləşdiyi İsfahan vilayətini hədəfə alıb.
Publika.az xəbər verir ki, İran dövlət televiziyası 3 pilotsuz təyyarə ilə həyata keçirilən hücum nəticəsində nüvə obyektlərinə heç bir ziyan dəymədiyini açıqlayıb.
Gecə saatlarında baş tutan hücum İranın 300-ə yaxın raket və PUA ilə həyata keçirdiyi “Əsl vəd” əməliyyatına cavab olaraq həyata keçirilib.