AZ

Gözəlliyin qurbanına ÇEVRİLƏNLƏR: Bu, xəstəlikdir, yoxsa?..

Zahiri görünüşündə qüsur oldu-olmadı, bir çox xanımlar plastik əməliyyatlar etdirir.

“Burnum xoşuma gəlmir”, “dərim sallanır”, “üz quruluşum ürəyimcə deyil”, ”çox kökəm, paltarlarım əynimə gəlmir” və digər takıntıları özünə dərd edən qadınların bu təlatümü depressiyaya qədər gətirib çıxarır. Görünüşlərindən məmnun olmayan və buna görə sosial həyatdan təcrid oulnan bu xanımlar yeni bədən formasına nail olduqdan sonra özgüvənləri özlərinə qayıdır…

Yenicag.az-a açıqlama verən tanınmış psixoloq Ülviyyə Murtuzova xanımların qarşlaşdıqları bu vəziyyətin psixologiyada “bədən dismorfik pozuntu” kimi qəbul olunduğunu bildirib.

O, xarici görünüşünün çirkin, ya gözəl olmasından asılı olmayaraq, hər bir insanın belə durumla qarşı-qarşıya qala biləcəyini deyib:

“Özünü bəyənməmək, yəni dismorfobiya, səbəbləri tam olaraq bilinməyən bir vəziyyətdir. Buna psixologiyada “bədən dismorfik pozuntu” deyilir. Bu hal insanlarda zahiri görkəmi ilə heç cür barışa bilməmək və özündə daim qüsur axtarışı kimi izah edilir. “Dismorfik pozuntu” insanın var olmayan və yaxud həqiqətdə olandan çox daha qabarıq bir şəkildə görünüşündə qüsur axtarması və bununla davamlı məşğul olmasıdır. Şəxsin qüsur olaraq gördüyü əlamət bir çox halda xəyali xarakterlidir, sanki məndə varmış kimi… Yəni hər hansı bir fiziki qüsur olmadan da bu düşüncələr formalaşa bilər. Bəzi adamlar bunu özlərində bir takıntı halına gətirir. Bu narahatlıq o həddə çatır ki, bunu sosial, peşə funksiyalarında, hətta klinik baxımından belə nəzərə çarpacaq qədər özlərində təlatüm yaşayırlar. Bədən dismorfik pozuntu yaşayan insanların çoxu obsessiv kompulsiv pozuntuya məruz qalırlar. Tez-tez güzgüyə baxır, ifrat dərəcədə özlərinə diqqət yetirirlər. Onlar “kənar insanlar bunu məndə bir qüsur kimi görəcək” fobiyasını yaşayırlar və nəticədə sosial mühitdən uzaqlaşırlar. Onlar hər hansı əməliyyat vasitəsi ilə “qüsur və çikrinliklərini” gizlətməyə çalışdıqları vaxta qədər cəmiyyətdən və insanlardan təcrid olunmağa başlayırlar. Onu da vurğulayım ki, belə insanlar bədənin bütün nahiyələrinə fokuslanırlar; dərim ləkəlidir, sinəm çox kiçikdir, üzüm çox arıqdır, yaxud da, kökdür, burnum uzundur. Hətta mədəyə xüsusi diqqət edirlər, çünki həddən artıq klilolu görünmələrində birbaşa mədəni günahlandırırlar. Durmadan özlərini bu takıntılarla mübarizə aparmağa həsr edən belə insanlar depressiv pozuntu halını yaşayır”.

Cəvahir

Seçilən
27
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
20495
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19222
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18184
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17594
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16481
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16290
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16043
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15347
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11847
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11242
"Zaur, yenə çaşdın..." - VİDEO
8821
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
8435
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7951
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
7908
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7411
Minimum əmək haqqı nə qədər arta bilər?
7042
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7020
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6215
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5731