AZ

Mbappe yekun qərarını Peresə bildirdi

PSJ-nin hücumçusu Kilian Mbappe transferi ilə bağlı yekun qərarını verib. Metbuat.az xəbər verir ki, bu barədə italiyalı insayder Fabrizio Romano məlumat verib. Onun sözlərinə görə, Mbappe mövsümün sonunda PSJ-ni tərk etməyə qərar verib. Futbolçu bu barədə kluba məlumat verib.

Qeyd edək ki, Kilian Mbappenin “Real Madrid”lə müqavilə imzaladığı barədə xəbərlər dərc edilmişdi. İddialara görə, Kilian Mbappe “Real”la 2029-cu ilə qədər müqavilə imzalayıb. Məlumata görə, artıq "Real Madrid"in prezidenti Florentino Peres baş məşqçi Karlo Ançelottiyə Mbappenin yeni mövsümdən heyətdə olacağını deyib.

Seçilən
105
17
Mənbələr
Şərh ()
Bağla