AZ

Mbappe sözünə əməl etmədi -

Kilian Mbappe PSJ-yə verdiyi vədə əməl etməyib. Metbuat.az xəbər verir ki, Mbappe PSJ-də qalacağına söz veribmiş. Fransa mediasının məlumatına görə, Mbappe ötən mövsümün sonunda PSJ-nin prezidenti Nasser Əl-Xəlaifiyə müqaviləni uzadacağına söz verib. Lakin o sözünə əməl etməyib. Buna görə də, Nasser Əl-Xəlaifinin Kilian Mbappeyə əsəbiləşdiyi deyilir. Qeyd edək ki, Kilian Mbappenin “Real Madrid”lə müqavilə imzaladığı deyilir. Hücumçunun “Real”a transferi mövsümün sonunda elan ediləcək.

Bildirilir ki, “Real Madrid” və PSJ-nin Çempionlar Liqasında qarşılaşmaq ehtimalı olduğuna görə, Mbapenin transferinin elan edilməsi təxirə salınıb. Klublar arasında bu barədə razılaşmanın olduğu qeyd edilib.

Seçilən
91
17
Mənbələr
Şərh ()
Bağla

Reytinq