AZ

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Rusiyanın

Moskva, 19 aprel, AZƏRTAC

Stavropol diyarında qəzaya uğrayan Rusiyanın Tu-22M3 hərbi təyyarəsinin ekipaj üzvlərindən biri həlak olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Stavropol diyarının qubernatoru Vladimir Vladimirov məlumat verib.

Rusiya Hərbi-Kosmik Qüvvələrinin Tu-22M3 təyyarəsi Stavropol diyarının Krasnoqvardeyski rayonunda qəzaya uğrayıb. Daha əvvəl 3 ekipaj üzvünün təxliyə edildiyi, bir pilotun axtarışlarının davam etdiyi bildirilib.

Stavropol diyarının qubernatoru Vladimir Vladimirov “Telegram” kanalında hadisə ilə bağlı yenilənmiş məlumatların daxil olduğunu bildirib. Onun sözlərinə görə, üçüncü ekipaj üzvü həlak olub, dördüncü pilotun axtarışları davam edir.

Rusiya Aerokosmik Qüvvələrinə məxsus təyyarə döyüş tapşırığını yerinə yetirdikdən sonra öz aerodromuna qayıdarkən qəzaya uğrayıb.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Seçilən
81
11
Mənbələr
Şərh ()
Bağla