AZ

Britaniya MN: “Rusiya Ukraynada ən azı 100 hərbi təyyarəsini itirib”

Rusiyanın səsdən sürətli bombardmançı təyyarəsinin (Tu-22M3) qəzaya uğraması Ukraynanın Rusiya Hərbi Hava Qüvvələrinə qarşı mübarizədə növbəti uğurudur.

Tribunainfo.az xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyindən bildirilib.

“İlk dəfədir ki, strateji bombardmançı Ukrayna hava hücumundan müdafiə sistemləri tərəfindən vurulur. Çox güman ki, Rusiya artıq ən azı 100 təyyarə itirib”, deyə hesabatda qeyd edilir.

Almaniyanın “Bild” nəşrinin analitiki Julian Röpke isə bildirib ki, Tu-22M3 bombardmançısı “Patriot” kompleksindən vurula bilərdi.

Səsdən sürətli strateji bombardmançı Ukraynanı növbəti dəfə atəşə tutandan sonra Mozdokdakı bazasına qayıdan zaman Stavropol diyarında Boqomolov fermasının yaxınlığında qəzaya uğrayıb. Rusiya Müdafiə Nazirliyi texniki nasazlığın düşməyə səbəb olduğunu iddia edir. Röpke bunu “son dərəcə qeyri-mümkün” hesab edir və qeyd edir ki, videoda təyyarənin sağ mühərrikinin yandığı görünür.

Bundan əvvəl Ukrayna Silahlı Qüvvələri “Patriot”dan istifadə edərək Rusiyanın A-50 uzaqmənzilli radar aşkarlayan və idarə edən təyyarəsini vurmağa nail olub. “Bild”in məlumatına görə, “Patriot”un Ukrayna xidmətində uçuş məsafəsi təxminən 200 km-dir. Bununla belə, Tu-22M3 Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan ərazidən 370 km aralıda qəzaya uğrayıb. Röpke deyib ju, Ukrayna raketi təyyarəni yerə düşməmiş vurub. Ekipaj onu xilas etməyə çalışıb və zədələnmiş mühərriklə bir neçə dəqiqə ərzində təxminən 170 km uça bilib, lakin sonra yenə də qəzaya uğrayıb.

Seçilən
90
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
20420
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19201
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18179
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17574
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16437
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16234
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16034
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15330
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11831
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11241
"Zaur, yenə çaşdın..." - VİDEO
8819
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
8353
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7947
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
7840
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7399
Minimum əmək haqqı nə qədər arta bilər?
7039
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
6971
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6209
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5727