AZ

“Gedin düşünün, İlham Əliyevin növbəti qələbəsi nə olacaq...”

“Rusiya sülməramlılarının Qarabağdan çıxarılmasına dair iki dövlət rəhbərinin razılaşması mühüm beynəlxalq təhlükəsizlik, hərbi və siyasi hadisədir. Əgər tarixə qayıtsaq, 1-ci Pyotrın 1712-ci il qərarından sonra Azərbaycan rəhbərləri - İbrahim xandan Elçibəyə qədər hamısı rus orduları ilə savaşdıqları üçün kütləvi itkilər vermişik, dövlətimiz çöküb və qətlə yetirilən, devrilən xanlardan Vəzirovlara qədər, 20 Yanvardan, Xocalıya kimi faciəli milli tarix yaratmışıq”.

Demokrat.az xəbər verir ki, bu fikirləri deputat Zahid Oruc Milli Məclisin plenar iclasında bildirib.

Deputat qeyd edib ki, 10 noyabrda Qarabağ bölgəsinə sülhməramlı qüvvələr yerləşəndə müharibədə bizə məğlub olanlar qələbəmizi ləkələmək üçün “erməni işğalını rus ordusu əvəzlədi” adlı qlobal kampaniyaya başladılar:

“Ukrayna ilə müharibədən sonra dünyada demonlaşdırılan bir dövlətin Xankəndindəki missiyasını ləkələyən NATO dövlətləri-azərbaycanlı və rus əsgərlərini toqquşdurmaq istəyirdilər.

“Xankəndi rusa verildi, müharibə olmayıb, Əliyev sövdələşmə ilə Elçibəyin çıxardığı ordunu geri qaytardı, heyf Azərbaycan əsgərinə”, - deyən şərçilər indi də 17 aprel qərarını “Rusiyanın Qərbə məğlub olması, Ərdoğanın təzyiqi, hətta Paşinyanın manevrləri” ilə bağlayırlar.

Sən demə, ruslar Zvartnos limanından da çıxıb bütün Qafqazdan özləri gedir. Dövlət başçımızın strateji ağlı və keçmiş rəhbərlərin faciələrini görməsi 1960 nəfərlik qüvvədən düzgün istifadəyə imkan verdi, 20 sentyabrda bütün dünya erməniçiliyinin qınadığı rus əsgəri onların əvəzindən döyüşmədi, birinci Pyotrın 300 illik qərarı geri oxundu, o cümlədən, sülhməramlılar müstəqilliyimizi buxovlayan xarici hərbi baza deyil, əksinə, Fransa və Amerikanın regionda yerləşməsinə qarşı qüvvə oldu”.

Seçilən
54
5
Mənbələr
Şərh ()
Bağla