AZ

"Əliyev Elçibəyin çıxardığı ordunu geri qaytardı" deyənlər...- Parlamentdə vacib müzakirə

Rusiya sülməramlılarının Qarabağdan çıxarılmasına dair iki dövlət rəhbərinin razılaşaması mühüm beynəlxalq təhlükəsizlik, hərbi və siyasi hadisədir. Əgər tarixə qayıtsaq, 1-ci Pyotrun 1712-ci il qərarından sonra Azərbaycan rəhbərləri-İbrahim xandan Elçibəyə qədər hamısı rus orduları ilə savaşdıqları üçün kütləvi itkilər vermişik, dövlətimiz çöküb və qətlə yetirilən, devrilən xanlardan Vəzirovlara qədər, 20 yanvardan, Xocalıya kimi faciəli milli tarix yaratmışıq. 10 noyabrda Qarabağ bölgəsinə sülhməramlı qüvvələr yerləşəndə müharibədə bizə məğlub olanlar Qələbəmizi ləkələmək üçün “erməni işğalını rus ordusu əvəzlədi” adlı qlobal kampaniyaya başladılar.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Zahid Oruc deyib.

O qeyd edib ki, Ukrayna ilə müharibədən sonra dünyada demonlaşdırılan bir dövlətin Xankəndidəki missiyasını ləkələyən NATO dövlətləri - Azərbaycan və rus əsgərlərini toqquşdurmaq istəyirdilər:

“Xankəndi rusa verildi, müharibə olmayıb, Əliyev sövdələşmə ilə Elçibəyin çıxardığı ordunu geri qaytardı, heyif Azərbaycan əsgərinə”, deyən şərçilər indi də 17 aprel qərarını “Rusiyanın Qərbə məğlub olması, Ərdoğanın təzyiqi, hətta Paşinyanın manevrləri” ilə bağlayırlar. Sən demə, ruslar Zvartnos limanından da çıxıb bütün Qafqazdan özləri gedir. Baxın riyakarlığa, bu mənfur tezisləri yayanların yalnız bir məqsədi var - İlham Əliyevin ardıcıl, parlaq və xalqımızı qırğınlara verməyən, məğlubiyyət ənənələrinə son qoyan milli qələbələrini etiraf etməsinlər.

Dövlət başçımızın strateji ağlı və keçmiş rəhbərlərin faciələrini görməsi 1960 nəfərlik qüvvədən düzgün istifadəyə imkan verdi, 20 sentayabrda bütün dünya erməniçiliyinin qınadığı rus əsgəri onların əvəzindən döyüşmədi, I Pyotrun 300 illik qərarı geri oxundu, o cümlədən, sülhməramlılar müstəqllliyimizi buxovlayan xarici hərbi baza deyil, əksinə, Fransa və Amerikanın regionda yerləşməsinə qarşı qüvvə oldu".

Deputat bildirib ki, Ağ Evdə və Yeliseydə rus hərbi qüvvələrinin 366-cı alaya çevrilmədiyindən, bir Qafqaz ölkəsindən sülh, diplomatik razılaşma ilə, qansız-qadasız çıxmasından məyus olublar:

“Axı əsrlərdir xalqımızı qonşu dövlətlərlə toqquşdurub özləri Göyçə dağlarına və Zəngəzur dəhlizinə can atan NATO orduları indi nə deyib iki xalqın arasına yerləşəcəklər? Son 30 ildə cəhbəçiliiyn və əli kərimliçiylin çörək və siyasi ideologiyası-“Azərbaycan hakimiyyətini rus ordusu qoruyur” böhtanı bizi Zəfərlərə gətirən Heydər Əliyev kursunun, heç bri xarici hərbi qüvvənin olmadığı bir ölkə quran İlham Əliyevin qarşısında baş əyməyə, elə həmin rus hərbçilərinin ardınca ölkədən çıxıb getməyə qadirdilərmi? İndi bütün Qafqazın lideri Şeyx Şamildir, yoxsa, İlham Əliyev?

Xarici ordularla belə işləyərlər - cənablar! Rusiya ilə savaşı bizim üzərimizdən apara bilməyənlər məğlub oldular, Azərbaycan NATO qarşısında növbəti qələbəsini qazandı! İndi tarixdə ilk dəfədir, ermənilər üçün canını verməyən 1960 nəfər rus hərbçisi azərbaycanlılarla deyil, Qərblə döyüşməyə gedir. Gedin düşünün, İlham Əliyevin növbəti qələbəsi nə olacaq!".


Müəllif: Tapdıq Qurbanlı
Seçilən
72
5
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
21350
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19361
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18294
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17696
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16947
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16781
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16113
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15554
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
12055
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11286
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
9381
"Zaur, yenə çaşdın..." - VİDEO
8876
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8459
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
8021
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7550
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7190
Minimum əmək haqqı nə qədər arta bilər?
7103
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6391
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5780