AZ

MN: "Rusiyanın bombardmançı təyyarəsini vurduq"

MN:

Ukrayna Rusiyanın "Tu-22M3" tipli bombardmançı təyyarəsini vurub.

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığı məlumat yayıb.

Bildirilib ki,Rusiya ordusu gecə saatlarında 22 növ raket və 14 "Şahed" tipli pilotsuz uçuş aparatı (PUA) ilə Ukrayna ərazisinə hücum edib: "Hava hücumundan müdafiə qüvvələri tərəfindən 2 ədəd X-101/Х-555 qanadlı raket, 14 PUA, 11 ədəd X-59/Х-69 tipli idarə olunan raket və 2 ədəd X-22 tipli qanadlı raketin məhv olunub. Bununla bərabər, Hava Hücumundan Müdafiə Raket bölmələri Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi ilə birgə ilk dəfə olaraq Tu-22M3 tipli uzaqmənzilli strateji bombardmançı təyyarəni vurub...".

Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi bu gün səhər "Tu-22M3" tipli bombardmançı təyyarənin texniki nasazlıq səbəbindən Stavropol bölgəsində qəzaya uğradığını açıqlayıb.

E.ARAZ
Reyting.az
Seçilən
95
11
Mənbələr
Şərh ()
Bağla