AZ

Rusiyanın hərbi təyyarəsi qəzaya uğrayıb

Rusiyanın

Moskva, 19 aprel, AZƏRTAC

Rusiya Hərbi-Kosmik Qüvvələrinin təyyarəsi Stavropol diyarında qəzaya uğrayıb. Bu barədə AZƏRTAC RF Müdafiə Nazirliyinin məlumatına istinadla xəbər verir.

Rusiya Aerokosmik Qüvvələrinə məxsus Tu-22M3 təyyarəsi döyüş tapşırığını yerinə yetirdikdən sonra öz aerodromuna qayıdarkən Stavropol diyarında qəzaya uğrayıb. Pilotlar katapult edə biliblər, 3 ekipaj üzvü təxliyə edilib. Hazırda bir pilotun axtarışı davam edir.

Boş əraziyə düşən təyyarənin göyərtəsində sursat olmayıb. İlkin məlumata görə, qəzaya səbəb texniki nasazlıq olub.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Seçilən
88
11
Mənbələr
Şərh ()
Bağla