AZ

Mbappe yekun qərarını verdi

Paris Sen-Jermen-in hücumçusu Kilian Mbappe yay transfer pəncərəsində Fransa klubunu tərk edəcək.

Lent.az xarici mediaya istinadla bildirir ki, jurnalist Fabrizio Romanonun yazdığı kimi, Fransa millisinin oyunçusu nəhayət gələcəyi ilə bağlı qərar verib və karyerasını “Real Madrid”də davam etdirmək ehtimalı 100% olub.

Qeyd edək ki, daha əvvəl Kilianın artıq “Real”la 2029-cu ilə qədər müqavilə imzaladığı bildirilirdi. Hücumçunun komanda yoldaşlarına və PSJ-nin məşqçilər heyətinə cari mövsümün sonunda klubdan ayrılacağını dediyi də qeyd olunmuşdu. 

Öz növbəsində “Los Blancos”un prezidenti Florentino Peres Karlo Ançelottinin məşqçilər heyətinə Mbappenin “Real Madrid”in yeni oyunçusu olacağı barədə məlumat verib.

Mbappe bu mövsüm parislilərin heyətində bütün turnirlərdə 42 oyun keçirib, 41 qol vurub və 9 məhsuldar ötürmə edib. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 180 milyon avrodur.

Seçilən
99
17
Mənbələr
Şərh ()
Bağla