AZ

Vasvasılıq nədir, ondan necə xilas olmaq olar? - PSİXOLOQ ŞƏRH ETDİ

"Vasvasılıq obsessiv kompulsiv pozuntudur". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fərqanə Mehmanqızı deyib.

O bildirib ki, bu, genetik də ola bilər: "Ailə üzvlərinin hansındasa varsa, keçə bilər, yaxud da fobiya, travma nəticəsində yaranır. Obsessiv kompulsiv pozuntu nevrozun bir növüdür. Bu xəstəlik zamanı insanlar həddindən artıq təmizkar olurlar, hər yerin çirkli olduğu düşünürlər, mikrobdan yara alacaqlarını, xəstəliyə düşəcəklərini, öləcəklərini düşünürlər. Bu insanlarda toxunma, toz problemi olur. Həddindən artıq kimyəvi təmizləmə vasitələrindən istifadə edirlər. Bu da dəri xəstəliklərinə gətirib çıxara bilir ki, sinirlə əlaqəli olur. Bu dəri xəstəliyi fiziki deyil. Bunun üçün insan psixoloqa getməlidir, eləcə də psixiatr, eləcə də nevroloq tərəfindən formotoloji müalicə almalıdır.

Psixoloq tərəfindən bunun səbəbi, hansı travmadan yaranması araşdırılmalı, aradan qaldırılmalıdır. Bəzən elə səbəb olur ki, insanın ağlına gəlmir ki, bu, kompulsiv pozuntuya gətirib çıxara bilər. Ona görə də ehtiyatlı olmaq lazımdır. İlk əlamətlərini gördükdə o zaman üzərinə düşmək lazımdır ki, assosiallıqdan gəlib müalicə olunmaq gec olur".

Müəllif: Söylü Ağazadə
Seçilən
97
14
Mənbələr
Şərh ()
Bağla