AZ

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

Daxildə insanlar İranın İsraillə münaqişəsini “raket şousu”olaraq dəyərləndirir. Əhali bunu belə görür. İranda yaşayan xalqlar hesab edir ki, İsrail İranın düşməni deyil. Hətta düşünürük ki, rejim üçün də İsrail düşmən deyil, sadəcə bir oyundur, siyasətdir yürüdürlər.

Bu sözləri Axar.az-a Güneydən olan milli fəal Sürgün Günəş İran-İsrail münaqişəsinə xalqın münasibətini şərh edərkən deyib. Onun sözlərinə görə, hökumət hazırkı durumdan öz xeyrinə faydalanır:

“Əslində iqtisadi böhran içində boğulan İran rejiminə bu cür kiçik savaşlar sərf edir. Problemi xalqın gözündə belə üsulla çözdüyünü düşünür. İsrail tərəfdən hər hansı bir raket atılsa, rejimin ömrünü uzadacaq. Biz düşünürük ki, İsrailə raket hücumu Eynül-Əsəddə ABŞ hərbi bazasını vuranda baş verən hadisənin bənzəri idi. Yəni öncədən planlaşdırılmış bir məsələ idi. Tehran rejimi İsraili öncədən xəbardar etmişdi”.

Sürgün Günəşin sözlərinə görə, İran və İsrail arasında ciddi müharibə riskinin olması real deyil:

“Xalq bunu anlayır, lakin onları başqa məsələlər də narahat edir. Belə bir xəbərlər gəzir ki, İsrail də yaxın günlərdə İrana cavab zərbəsi endirəcək. Hakimiyyət bundan narahat görünmür. Rejim İsraildən fərqli olaraq bizə bildirişlər, xəbərdarlıqlar, təhlükəsizliklə bağlı təlimatlar göndərməyib. Necə olur ki, İsrail öz vətəndaşlarına hücümdan bir neçə gün əvvəl tədbirli olmağı, özləri ilə ərzaq, su, bu kimi zəruri şeyləri öncədən götürməyi tövsiyyə etmişdi. İranda elə şey yoxdur. Bunlar heç hökumətin fikrindən də keçmir. Əgər İsrail hücum etsə də, əminik ki, hakimiyyət ciddi bir addım atmayacaq. Bir-iki neft və neft-kimya mərkəzlərini vurub milləti ağır duruma salacaq. İsrail Xameneinin, yaxud SEPAH-ın yüksək rütbəli zabitlərinin, rejimə yaxın adamların evini vurmayacaq. Hədəfdə sadə, yazıq millət olacaq. Yaxud, atılan raketlərin səhvən yaşayış binasına düşməyəcəyinə kim zəmanət verər? İranın əsas obyekləri hədəfdədirsə, nüvə mərkəzlərinin vurulacağı deyilirsə, onun yaratdığı təhlükəni təsəvvür etmək belə çətindir? İran rejimi bunu düşünmürmü? Xalq arasında hər hansı təhlükəsizliklə bağlı tədbirlər, maariflənmə işləri aparmır. Yeraltı sığınacaqlar varmı, yoxmu heç bilmirəm. Zirzəmilər və qapalı yerlər İran-İraq müharibəsindən qalmadır. Onların da vəziyyətinin necə olması barədə heç nə bilmirik. Dörd tərəfi ilə düşmənçilik edən rejim xalqın təhlükəsizliyini düşünmür və əhalinin kritik günlərdə pənah apara biləcəyi yeni sığınacaqlar da yaratmayıb. Xalqın başına belə bir oyun gəlsə, lap ciddi müharibə olsa, ən azı bir raket atılsa, qaçıb gizlənməyə yerimiz yoxdur. Bunların həyəcan siqnalı ilə xalqı xəbardar edəcəklərinə də əmin deyilik. Hazırda belə bir panik vəziyyətdə günlərimizi sayırıq”.

Seçilən
80
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
22190
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19547
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18410
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17870
Çingiz Mustafayevin toyudur - FOTOLAR
17553
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
17398
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16318
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15753
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
12228
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11343
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
10126
"Zaur, yenə çaşdın..." - VİDEO
8926
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8923
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
8124
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7732
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7393
Minimum əmək haqqı nə qədər arta bilər?
7161
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6557
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5881