AZ

“Azərişıq” ASC-in 1,7 milyon pulunu mənimsəyən şirkət rəhbəri ilə bağlı qərar çıxarıldı

Ali Məhkəmədə Bakıda xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilən Pərviz Əliyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 
 


Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

 

İttihama görə, “Easy Pay” şirkətinin rəhbəri, 1984-cü il təvəllüdlü Pərviz Əliyev həmin şirkətin terminalı vasitəsiylə vətəndaşların ödədiyi 1 milyon 750 min manat işıqpulunu “Azərişıq” ASC-nin hesabına köçürməyib. Ona Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə) maddəsilə ittiham verilib. İstintaq dövründə “Azərişıq” cinayət işində zərərçəkmiş qismində tanınıb və 1 milyon 750 milyon manatın ödənilməsini tələb edib. 

 

Məhkəmədə məlum olub ki, iş adamı Pərviz Əliyevin atası 1 milyon 750 min manatı qarşı tərəfə ödəyərək barışıq əldə edib. Bu səbbədən “Azərişıq” iddiasını geri götürüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Pərviz Əliyevə şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb. Ali Məhkəməsi onun şikayətini təmin etməyib.

 

Kamal Məmmədov

Tarix: 19 Aprel 2024, 08:24   
Seçilən
117
3
Mənbələr
Şərh ()
Bağla