AZ

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə - Şikayət məktubu

Azərbaycan Respublikasının Prezidenti cənabİlham Əliyevə
Surəti: Kütləvi informasiya vasitələrinə
M Ü R A C İ Ə T
Hörmətli Cənab Prezident!
Mən Haxverdiyev Eldar Yahya oğlu, şikayətimə dövlət qurumlarında baxılmadığına, cavab verilmədiyinə görə, məmurların ünvanına sərt xəbərdarlıq etmənizə inanaraq, böyük ümidlə Sizə müraciət edirəm. Siz vətəndaşlara dəfələrlə müraciət etmisiniz ki, məmurların özbaşınalığı və qanunsuz hərəkətlərindən Sizə məlumat versinlər. Sərt xəbərdarlığınıza uyğun olaraq, Sizə məlumat verirəm ki, "Azərişıq" ASC-nin Beyləqan rayon Elektrik Şəbəkəsinin rəisi Salahov Zülfünün şikayətimi qulaqardına vurur və təqdim etdiyim ciddi cinayət faktlarını araşdırmır, ölkə qanunlarını pozur.
Hörmətli Cənab Prezident!
Dəfələrlə "Azərişıq" ASC Beyləqan rayon Elektrik Şəbəkəsinin müdiri Zülfü Salahova bir neçə çinayət xatakterli işlər barədə yazılı müraciət etmişəm. Lakin mənim şikayətlərimə əhəmiyyət belə, verilmir. Qeyd etdiyim faktların hər biri cinayət tərkibli faktlardır, ən nəhayət, mən Zülfü Salahovun qəbulunda olmuşam, qəbulda olarkən Sizin məmurların ünvanına etdiyiniz xəbərdarlıq videoçarxını Zülfü Salahova göstərdikdə belə, halını pozmadan, arxayın şəkildə "kimə istəyirsən get şikayət elə" - deməsi məndə şübhə yaradıb ki, Zülfü Salahov ondan edilən şikayətlərin ünvanına çatmayacağına tam əmindir.
Hörmətli Cənab Prezident!
Mən "Azərişıq" ASC-nin Bakıda yerləşən baş ofisinə gedərkən, orada rəhbərliyin şikayətimə göstərdiyi məsuliyyətsiz münasibətdən sonra Zülfü Salahovun nə üçün həddini aşdığını, vətəndaşlara yuxarıdan aşağı nəzərlə baxdığının səbəbini öyrəndim. Baş ofisdə də, eynilə Beyləqandakı kimi, mənə dedilər ki, sizin müraciəti araşdırmaq üçün 10-15 gün vaxt lazımdır. Həmin vaxtdan bir aydan çox müddət keçməsinə baxmayaraq, şikayətimdəki faktların araşdırılacağına söz verilsə də, verilən söz yalan çıxıb. "Azərişıq" ASC-nin Bakı şəhərində 3 idarəsi var, şikayətimi araşdırmaq əvəzinə, həmin idarələr arasında ötür-ötür oyununun şahidi oldum. Özünü müşavirin köməkçisi kimi təqdim edən şəxs gəlişimin səbəbini bilən kimi gizli olaraq Zülfü Salahova zəng edərək, mənim şikayət məqsədiylə "Azərişıq" ASC-də olduğumu dərhal bildirib.
Müşavirin köməkçisi məni dinlədikdən sonra dedi ki, şikayətinizin araşdırılması üçün 10-15 gün gözləməli olacaqsınız. Rayona qayıtdım. "Azərişıq" ASC-də elə bir labirint yaradıblar ki, adamın baş açması qeyri-mümkündür. Bir sözlə, gördüyüm mənzərəni bu cür ifadə edə bilərəm: "Azərişıq" ASC xalqa xidmət etmir, rəhbərliyi, hətta cənab Prezidenti də aldadır və yalnız onlara xeyir verən cinayətkar məmurların buyruğunu yerinə yetirməklə məşğuldular.
Hörmətli Cənab Prezident!
İnsani keyfiyyətdən uzaq olan Zülfü Salahov tabeliyindəki işçiləri daim aşağılayır və işçiləri aşağılamaqla özünün üstün olduğunu nümayiş etdirib, zövq alır. Xalq arasında beləsinə düşmən deyirlər və bu tiplərlə mübarizə etməkdənsə, onlara yaltaqlanaraq ailə saxlayanlar əmin olsunlar ki, onların aqibəti sonda çox pis olacaq, ailə, uşaqları belə, onların lazımsız hərəkətindən utanacaqlar.
Beyləqan Elektrik Şəbəkənin müdiri Zülfü Salahov mənim işə çıxmadığımla bağlı saxta akt tərtib etmək üçün gündəlik davamiyyət jurnalını özüylə maşında gəzdirərək, mənim davamiyyətimi süni surətdə əngəlləyərək, əmək haqqımı kəsib. Beyləqan rayon Elektrik Şəbəkə idarəsində qanundan xəbərsiz olan yaltaq qrupu yaradaraq, Zülfü Salahov idarədə özünəməxsus mühit yaradıb, tək yuxarı müdriyyəti yox, hətta cənab Prezidentə itaətsizlik edir. Onun bu əməlini dəstəkləyənlər də onun qədər cinayət məsuliyyəti daşıyır.
Hörmətli Cənab Prezident!
"Azərişıq" ASC-nin nə işlə məşğul olduğundan baş çıxara bilməyən bir neçə adamın adına əmək haqqı yazıb mənimsəyir. Bu cür cinayət əməlinə baş vuran Zülfünün şəxsi yasavulu rolunu aparan baş mühəndis Mustafayev Həsənin ailə üzvlərindən 5 nəfər idarədən pul alır. Oğlanları saxta diplomla mühəndis ştatının maaşını alır. İki kəlmə rus dili bilməyən adamın rusiyada ali təhsil alması məncə mümkün deyil. Həsən Mustafayevin təqaüd yaşı ötsə də, təqaüd ala-ala baş mühəndis vəzifəsində çalışır, qanuna yox, müdirə xidmət edir, lazım olanda adamları şantaj edir, müdir üzə durmaq üçün ondan istifadə edir. Satış rəisi Zülfünün işlətdiyi kadr "Azərişıq"da böyük koppupsiya qalmaqalının Korrupsiyayla Mübarizə İdarəsinin keçirdiyi əməliyyatla saxlanılaraq məhkəmə hökmü ilə cəza almış Vahid Feyziyevin oğlu Azaddır. Zülfü belə kadrlara geniş meydan verib, yəni rüşvət aldığına görə həbs olunmuş Feyziyev Vahidin özünü də idarədə işlə təmin edib. Mən Zülfünün qanunsuz əməlləriylə bağlı araşdırma aparılmasını və bütün qanunsuz əməllərinə görə, qanun qarşısında cavab verməsini və bu araşdırmanı nəzarətdə saxlamağı dövlətimizdən və dövlət başçımızdan xahiş edirəm .
İmza: Eldar Haxverdiyev

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
153
9
Mənbələr
Şərh ()
Bağla