AZ

Ukrayna ilin sonuna qədər məğlub ola bilər - ABŞ kəşfiyyatından ŞOK 

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns Konqres üzvlərinə Ukraynanın Rusiyaya qarşı müharibədə məəəlin ola biləcəyi barədə xəbərdarlıq edib.

 

Modern.az "Politico" qəzetinə istinadən xəbər verir ki, bu barədə o, ABŞ-ın sabiq prezidenti Corc Buşun adını daşıyan mərkəzdə keçirilən tədbir zamanı çıxış edib.

 

Börns bildirib ki, ABŞ-nin yardımı olmasa Ukrayna ilin sonuna qədər məğlub ola bilər. O, Konqresi Kiyevə hərbi yardımın ayrılması ilə bağlı qanun layihəsini təsdiq etməyə çağırıb.

 

“Həm praktiki, həm də psixoloji olaraq hərbi yardımdan əldə ediləcək təkan sayəsində ukraynalılar 2024-cü ilin sonuna qədər dayanmağa və Putinin zamanın onun tərəfində olduğuna dair təkəbbürlü inamını məhv etməyə kifayət qədər qadirdir”, – MKİ rəhbəri deyib.

 

O əlavə edib ki, Konqres yardımı təsdiq etməsə, vəziyyət daha dəhşətli olacaq.

 

“Ukraynalıların 2024-cü ilin sonuna qədər döyüş meydanını uduzması və ya heç olmasa Putini şərtlərini diktə edə biləcəyi bir vəziyyətə gətirməsi çox real riskdir”, - deyə Börns xəbərdarlıq edib.

 

Onun fikrincə, Ukraynaya dəstək Rusiya ilə müharibədən daha fərqli bir məsələdir.

 

 “Bu, həmçinin Çindəki Si Cinpin, onun ambisiyaları və Hind-Sakit okean regionundakı müttəfiqlərimiz və tərəfdaşlarımız haqqındadır. Söhbət doğrudan da, rəqiblərimizin bizim etibarlılığımızı və qətiyyətimizi dərk edib-etməməsindən gedir”, - Börns əlavə edib.

 

"Politico" qeyd edir ki, Börnsün açıqlaması ABŞ administrasiyasının yüksək rütbəli rəsmisinin müharibə ilə bağlı ən ciddi xəbərdarlığıdır. Nəşrin yazdığına görə, Kiyev rəsmiləri Rusiyanın yayda həyata keçirəcəyi hücumunun Ukrayna əsgərlərini darmadağın edə biləcəyi barədə xəbərdarlıq edir.

 

Nümayəndələr Palatasının spikeri Mayk Conson sabah, aprelin 20-də ABŞ-ın müttəfiqlərinin maliyyələşdirilməsi ilə bağlı qanun layihələrinin nəzərdən keçiriləcəyini açıqlayıb. 

Seçilən
155
50
Mənbələr
Şərh ()
Bağla