AZ

İsrail İranın nüvə obyektlərini hədəf almadığını bildirib - YENİLƏNİB

İsrail ABŞ-yə İranın nüvə obyektlərini hədəf almadığını bildirib.

APA xəbər verir ki, bu barədə CNN yüksək rütbəli ABŞ rəsmisinə istinadən bildirib.

CNN həmçinin ABŞ rəsmisinə istinadən bildirib ki, İranda baş verən partlayışlar həftə sonu İranın hücumlarına İsrailin cavabıdır.

Rəsmi əlavə edib ki, İsrailin zərbələri “məhdud” xarakter daşıyır və mülki və nüvə obyektlərini yox, İranın hərbi obyektlərini hədəf alıb.

***
06:21

İran İsrailin hücumuna məruz qalıb

İranda yerləşən obyekt İsrailin raket hücumuna məruz qalıb.

APA xəbər verir ki, bu barədə “ABC” telekanalı ABŞ rəsmisinə istinadən məlumat yayıb.

Aprelin 18-də ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Uilyam Börns bildirib ki, İsrail İrana PUA və raketlərlə cavab verməyi nəzərdən keçirir.

Bundan öncə İran hakimiyyəti BMT-nin baş katibi Antonio Quterreşə ünvanladığı məktubda İslam Respublikasının İsraillə münaqişəni genişləndirmək istəmədiyini, lakin yəhudi dövlətinin təcavüzkarlıq nümayiş etdirdiyi təqdirdə daha güclü cavab verəcəyini bildirmişdi.

Seçilən
144
50
Mənbələr
Şərh ()
Bağla