AZ

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan bütün komandalar məlum olub

Konfrans Liqasında yarımfinala vəsiqə qazanan son komanda məlum olub. SİA-nın məlumatına görə, Yunanıstanda keçirilən ilk görüşdə "Olimpiakos"a 3:2 hesabı ilə uduzan Türkiyənin "Fənərbağça" komandası bu dəfə eyni rəqiblə İstanbulda üz-üzə gəlib. Meydan sahibləri əsas və əlavə vaxtda 1:0 üstün olduğu üçün penaltilər seriyası oynanılıb. Penatilər seriyasında isə yunanlar daha dəqiq oynayıblar - 3:2.

"Olimpiakos" 1/2 finalda İngiltərənin "Aston Villa" komandası ilə qarşılaşacaq.

Qeyd edək ki, bundan əvvəl Konfrans Liqasında yarımfinala vəsiqə qazanan növbəti komanda Belçika təmsilçisi "Brügge" ilə Yunanıstan PAOK-u arasında qarşılaşmada məlum olub. "Brügge" birinci görüşdə 1:0 hesabı ilə məğlub etdiyi PAOK-a cavab matçında da qalib gələrək yarımfinala vəsiqə qazanıb.

"Brügge" 1/2 finalda İtaliya təmsilçisi "Fiorentina" ilə qarşılaşacaq.

Seçilən
142
Mənbələr
Şərh ()
Bağla