AZ

COP29-un prezidenti ABŞ-nin keçmiş dövlət katibi ilə görüşüb

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayev Vaşinqtonda Beynəlxalq Valyuta Fondu və Dünya Bankı Qrupunun keçirdiyi yaz toplantısı çərçivəsində İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyasının 11-ci iclası çərçivəsində ABŞ-nin keçmiş dövlət katibi Con Kerri ilə görüşüb.

Day.Az-ın məlumatına görə, bu barədə COP-29-un "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.

Bildirilib ki, görüşdə COP29-a hazırlıq, planetin gələcək nəsillər üçün əlverişli iqlim şəraitinin təmin edilməsində birgə əməkdaşlıq məsələləri müzakirə olunub.

Seçilən
168
19
Mənbələr
Şərh ()
Bağla